Xəzər Xəbər

Türkiyə Prezidenti Naxçıvana səfərə yola düşüb VİDEO

Veb TV | 13:45 • 25 Sentyabr 2023
Türkiyə Prezidenti Naxçıvana səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan Muxtar Respublikasına səfərə yola düşüb.

Xezerxeber.az xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq. 

Görüşdə Qarabağdakı lokal antiterror tədbirlərindən sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə ediləcək.

Məlumata görə, Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

Xəbər lenti