Xəzər Xəbər

Qəbələdə yeni məktəbin tikintisinin ləng getməsi valideynləri narahat edir VİDEO

Veb TV | 22:04 • 24 Sentyabr 2023
Qəbələdə yeni məktəbin tikintisinin ləng getməsi valideynləri narahat edir

Qəbələ rayonunun Bum qəsəbəsində məktəb binası söküldüyündən uşaqlar qonşu kənddəki təhsil ocağına  gedirlər. Bu isə həm vaxt itkisinə, həm də şagirdlərin gecə saatlarında evə qayıtmasına səbəb olur.

Xezerxeber.az-ın məlumatına görə, Qəbələ rayonunun Bum qəsəbəsində 1983-cü ildə istifadəyə verilmiş məktəb binası qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Əvəzində 624 yerlik məktəbin tikintisinə başlanıb.

Sökülən məktəbin 9 sinfi qəsəbədəki başqa məktəbə, qalan 15 sinif isə qonşu Həmzəli kənd məktəbinə yerləşdirilib. Şagirdlərin evə gec qayıtması isə valideynləri narahat edir.

Sakinlərin narazılıq etdiyi digər məsələ isə  tikintinin gecikməsidir.

Məktəbin direktor əvəzi Ramil Məmmədov bildirib ki, dekabr ayının sonuna kimi sözügedən təhsil müəssisəsinin tikintisi başa çatacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti