Xəzər Xəbər

Təslim olmuş erməni hərbçilər Qarabağdan belə çıxarılacaq? VİDEO

Bəs müsadirə edilən silahların aqibəti necə olacaq?
Veb TV | 20:06 • 24 Sentyabr 2023
Təslim olmuş erməni hərbçilər Qarabağdan belə çıxarılacaq?

Tərksilah olmaqda davam edən Ermənistan silahlı qüvvələrinin şəxsi heyyətinin Qarabağ bölgəsindən çıxışı təmin olunacaq.

Xezerxeber.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev çıxışın hansı yollarla həyata keçiriləcəyini açıqlayıb.

Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev əməliyyat tədbiri və təhvil-təslim zamanı əldə edilən qənimət silahların aqibətindən də danışıb. O qeyd edib ki, cəmi 24 saata yaxın bir müddətdə düşmən təkcə ağ bayraq qaldırmadı, həm də  Azərbaycan Ordusunun qənimət silah - sursatları artı. Qarabağ bölgəsində separatçıların istifadəsində olan kifayət qədər silah-sursat ambarları və texnikalar aşkarlanıb.

Ədalət Vəliyev qeyd edib ki, bütün silahların gələcək aqibəti Azərbaycan dövlətinin təyin etdiyi istiqamətlə müəyyən olunacaq. Həmin silahlardan yararlılarının hərbi arsenala əlavə edilməsi nəzərdə tutula bilər.

Ekspert onu da bildirib ki, miqyasına görə separatçıların ən çox silahlandığı ərazi məhz Azərbaycan torpaqları idi. Hərbi Qənimətlər Parkında bu silahların nümayiş etdirilməsi bir daha Azərbaycana qarşı olan qüvvələrə ciddi mesaj idi. Bu park Azərbaycana savaş açanların nə ilə qarşılaşa biləcəyinin əyani göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar