Xəzər Xəbər

Separatçılar məzlum obrazı yaratmaq üçün istənilən varianta əl ata bilər VİDEO

Veb TV | 21:15 • 23 Sentyabr 2023
Separatçılar məzlum obrazı yaratmaq üçün istənilən varianta əl ata bilər

Qarabağda ağ bayraq qaldıran separatçılar yolları minalayıblar.

Xezerxeber.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotoda Ağdərə ərazisindən keçən yola ölüm toxumlarının səpildiyi görünür.

Siyasi şərhçi Elxan Şükürlü bildirib ki, separtçıların tərk etdiyi digər ərazilərin də minlarla çirkləndirilməsi ehtimalı yüksəkdir. Çünki, Ermənistandan Qarabağa çoxlu sayda mina daşınıb.

Elxan Şükürlü qeyd edib ki, antiterror tədbirləri sülh danışıqlarında yeni mərhələnin əsasını qoyacaq. Amma qətiyyən arxayınlaşmaq olmaz.

Siyasi şərhçi əlavə edib ki, separatçılar məzlum obrazı yaratmaq üçün istənilən varianta əl ata bilərlər. Buna görə də, qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti