Xəzər Xəbər

Ermənilər Bakıya gətirilən tankı bu amilə görə "simvol"a çevirmişdi VİDEO

Veb TV | 21:00 • 23 Sentyabr 2023
Ermənilər Bakıya gətirilən tankı bu amilə görə "simvol"a çevirmişdi

Xəbər verdiyimiz kimi, ermənilərin Birinci Qarabağ müharibəsində öz "qələblərinin simvol"u olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri T-72 tankı Hərbi Qənimətlər Parkına gətirilib.

Tank nümayiş olunması üçün Hərbi Qənimətlər Parkında yerləşdirilib.

Sentyabrın 19-da  keçirilən antiterror tədbirləri nəticəsində tankın yerləşdiyi ərazi Azərbaycan Ordusunun nəzarətinə keçib. Bundan sonra texnika oradan götürülüb.

Şuşa yaxınlığında vurularaq sıradan çıxarılan tankı ermənilər sonradan rəngləyib, Xankəndi-Şuşa yolunun üzərindəki təpədə yerləşdirmişdi.

Onu da xatırladaq ki, ermənilərin başına külli miqdarda pul qoyduğu Milli Qəhrəman Albert Aqarunov Qarabağda könüllü olaraq vuruşub və Şuşa uğrunda döyüşlərdə şəhid olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti