Xəzər Xəbər

Yevlax görüşü nəticə verir VİDEO

Veb TV | 20:55 • 22 Sentyabr 2023
Yevlax görüşü nəticə verir

Yevlaxdakı dialoqdan bir gün sonra, bu gün Qarabağdakı erməni  sakinlərə ərzaq göndərildi.

Xezerxeber.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün ərzaq yükünün göndərilməsi qərara alınıb. 

Bu gün müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdama gedib.

Avtomobillər Ağdam rayonu ərazisindən Xankəndiyə yola salınıb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən göndərilən yüklər artıq ünvana çatıb.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən göndərilən içərisində 40 ton unun olduğu olduğu 2 TIR isə  hələ də  Ağdam-Əsgəran-Xankəndi yolunda gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti