Xəzər Xəbər

Separatizmin rəmzi olan tank Xankəndinin girişindən götürüdü VİDEO

Veb TV | 19:33 • 22 Sentyabr 2023
Separatizmin rəmzi olan tank Xankəndinin girişindən götürüdü

Şuşa şəhərinin girişində 1992-ci ildə işğaldan sonra ermənilər tərəfindən “qələbə” simvolu kimi qoyulan tank götürülüb.

Xezerxeber.az-ın məlumatına görə, sözügedən tank Şuşaya girməyə cəhd edən ilk hərbi texnika olub.

Erməni Qaqik Avşaryanın idarə etdiyi 442 nömrəli tank ekipaj üzvü ilə birlikdə Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov tərəfindən məhv edilmişdi.

Birinci Qarabağ müharibəsindən sonra isə Avşaryanın yanmış “T-72” tanki bərpa edilərək Şuşaya tuşlanmış vəziyyətdə abidə kimi quraşdırılmışdı.

Mövzu ilə bağlı danışan hərbi ekspert Azər Bayramov hesab edir ki, həmin tankın qoyulduğu yerə indi Albert Aqarunovun öz heykəlinin, büstünün qoyulması böyük bir hadisəyə çevrilən bilər.

Qeyd edək ki, Albert Aqarunov Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar. Aqarunov 1992-ci ilin mayın 8-də Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında şəhid olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar