Xəzər Xəbər

Xəzərdə suyun səviyyəsi kimi balıqların sayı da AZALIR VİDEO

Veb TV | 22:15 • 21 Sentyabr 2023
Xəzərdə suyun səviyyəsi kimi balıqların sayı da AZALIR

Son illər Xəzərdən nə həvəskar nə də peşəkar balıqçılar əli dolu qayıda bilmir.

Xezerxeber.az xəbər verir ki, buna səbəb kimi isə ya suyun səviyyəsinin azalmasını, ya da brokonyerləri görürlər. Hətta ötən ilki balıq ovu zəif olsa da, bu mövsümün daha zəif olduğunu deyirlər.

Zoologiya İnstitutunun laboratoriya müdiri Süleyman Süleymanov bildirib ki, balıqların azalması yeni məsələ deyil. Artıq bir neçə ildir ki, bu problemlə üz-üzəyik.

Süleyman Süleymanov əlavə edib ki, Xəzər sularında balıq qıtlığının olması bazardakı balıq qiymətlərinə də təsir edir.

Ekspertlər hesab edir ki, xəzərdə suyun səviyyəsinin azalması periodik olsa da, normadan çoxdur. Yəni müəyyən dövr ərzində artıb azalan suyun səviyyəsi indi çox aşağı düşüb. Bu isə həm də çaylarda sululuğun az olması ilə əlaqəlidir ki, balıqlar da kürü tökmək üçün çaya girə bilmədiyindən və mütəmadi tora məruz qaldıqlarından saylarında azalma müşahidə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti