Xəzər Xəbər

Yevlax görüşündə dominantlıq edən AZƏRBAYCAN BAYRAĞI VİDEO

Veb TV | 21:45 • 21 Sentyabr 2023
Yevlax görüşündə dominantlıq edən AZƏRBAYCAN BAYRAĞI

Bu gün Yevlaxda baş tutan görüş əslində bir sıra məqamlara aydınlıq gətirdi.

Xezerxeber.az xəbər verir ki, üstəlik bu görüş ilə vasitəçilərə və digər maraqlı ikinci tərəflərə də ciddi mesajlar ötürüldü. İlk növbədə görüşdə təkcə Azərbaycan bayrağının olması xüsusi diqqət çəkirdi. Bununla da qarabağın Azərbaycanın daxili məsələsi olması mesajı bir daha maraqlı tərəflərə ötürüldü.

Azərbaycan qalib olduğunun və hər şeyi diqtə etdiyininin bir daha şahidi olduq. Üstəlik indiyə qədər bu prosesləri ləngidənlərin ermənistan və onun dəstəklədiyi xunta rejmi olduğu gün kimi aydın oldu.

Milli Məclisin deputatı Aqil Məmmədov ''Xəzər Xəbər''ə müsahibəsi zamanı bildirib ki, bu görüş əslində humanitar yardım şousuna da son qoydu.

Aqil Məmmədov deyir ki, Azərbaycan bu müraciətə qısa zamanda reaksiya verəcək və orada yaşayayan erməni əsilli vətəndaşlarının ehtiyaclarının qarşılanması üçün addımlar atacaq. Bu görüş həm də orada yaşayan əhalinin blokadadan çıxması deməkdir.

Azərbaycan bundan sonra da ərazilərində qeyri-qanuni fəaliyyətlərə göz yummayacaq. Ani bir hərəkətə ən kəskin reaksiyasını verəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar