Xəzər Xəbər

Avtomobil aşdı, sürücü ÖLDÜ... VİDEO

Veb TV | 22:39 • 21 Sentyabr 2023
Avtomobil aşdı, sürücü ÖLDÜ...

Avtomobil aşıb, sürücü ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə İsmayıllıda, Hacıhətəmli kəndində qeydə alınıb.

Göyçay rayon sakini, 56 yaşlı Sahib Həşimov minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb. hadisə zamanı sürücü dünyasını dəyişib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bərdə rayonunda isə  piyada vurulub. Hadisə Mustafaağalı kəndində baş verib.

Elman Hünbətov idarə etdiyi avtomobillə yolu keçən 19 yaşlı Baloğlan həsənlini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti