Xəzər Xəbər

Yevlax görüşünə ÜMİD BÖYÜKDÜR VİDEO

Veb TV | 20:40 • 21 Sentyabr 2023
Yevlax görüşünə ÜMİD BÖYÜKDÜR

"Ümid edirəm ki, bu gün Yevlaxda keçirilən dialoq erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcək".

Xezerxeber.az xəbər verir ki, bu sözləri  Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını diqqətə çatdırıb

Asiya Parlament Assambleyasının sədrinin təmsilçisi və Türkiyə nümayəndə heyətinin rəhbəri Abdulkadir Emin Önen isə çıxışında bildirib ki, Türkiyə və Azərbaycan unikal və xüsusi bağlarla bir-birinə bağlıdır.

Assambleyasının sədrinin təmsilçisi Azərbaycanın Asiya Parlament Assambleyasının sədrliyinə namizədliyini tamamilə dəstəklədiyini də ifadə edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar