Ermənilərin Xocavənddə törətdiyi mina terroru nəticəsində şəhid olan Ramil Şirinovun nəşi Sumqayıta gətirilib.
Xezerxeber.az-ın məlumatına görə, mina terrorunun qurbanı olan polis əməkdaşı Ramil Şirinovla Sumqayıtda yaşadığı ünvanda vida mərasimi keçirildikdən sonra dəfn olunub.
Həlak olmuş polisimiz Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində polis əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Erməni terroru nəticəsində həlak olan polis serjantı Asim Camalzadənin nəşi də Sumqayıta gətirilib.
Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis serjantı Asim Camalzadə Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.
DİN-in əməkdaşı Namiq Həsənov mərhumun tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağını atası Knyaz Camalova təqdim edib.
Sentyabrın 19-da Füzuli rayonu ərazsində ağır yol-nəqliyyat hadisəsi nəticəsində həlak olan polis əməkdaşlarından biri də əslən Şamaxının Qəleybuğurd kəndindən olan 1994-ci il təvəllüdlü Seyfi Abdullayevdir. Onun nəşi bu gün Şamaxı şəhərində tarixi Cümə məscidinə gətirilib. Cənazə namazı qılındındıqdan sonra mərhum Qəleybuğurd kənd qəbiristanlığında torpağa tapşırlıb.
Dəfn mərasimində DİN-ın yüksək rütbəli zabitləri də iştirak ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: