"Ermənistanda baş verən son proseslər bu ölkənin Suriyaya bənzədiyini deməyə əsas verir".
Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Prezidentin köməkçisi Hikmət Hacıyev səsləndirib.
O bildirib ki, Ermənistanın davranışları regionumuz üçün faydalı deyil.
Hikmət Hacıyev sabah Qarabağda yaşayan ermənilərin nümayəndələri ilə Azərbaycan arasında baş tutacaq görüş haqqında da danışıb.
Prezidentin köməkçisi həmçinin Ermənistanın üçtərəfli bəyanatla üzərinə götürdüyü Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək Zəngəzur dəhlizinin açılamasına problemlər yaratdığını vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: