Qarabağdakı erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Anar Eyvazov ictimaiyyətə çatdırdı.
Onun sözlərinə görə, silah - sursatı tükənən separatçılar pərakəndə şəkildə döyüş mövqelərini tərk ediblər.
Brifinq zamanı Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən 44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, yenə də mülki şəxslər, mülki infrastruktur və yaşayış binaları hədəfə alınıb.
Daxili İşlər Nazirliyi isə vətəndaşları sosial şəbəkələrdəki informasiyalara diqqətlə yanaşmağa çağırıb.
DİN rəsmisi həmçinin vətəndaşların təhlükəsizliyinin tam qorunduğunu diqqətə çatdırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: