Azərbaycan Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı lokal xarakterli antiterror tədbirləri təşkil edib.
Xezerxeber.az-ın məlumatına görə, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
O qeyd edib ki Azərbaycan Silahlı Qüvvələrinin bölmələri yalnız legitim hərbi obyektləri və hərbi infrastrukturu yüksək dəqiqliyə malik silahlarla hədəfə alaraq sıradan çıxarıb. Ona görə də müvəffəqiyyətin Azərbaycan tərəfində olması qazçılmaz idi.
Rusiyalı politoloq Sergey Markovun sözlərinə görə isə, ildırım sürətli lokal antiterror tədbirləri Prezident İlham Əliyevin tam uğuru ilə başa çatdı.
Politoloq eyni zamanda onu da əlavə edib ki, yaxın günlərdə Azərbaycanın bayraqları Qarabağın bütün şəhərlərində dalğalanacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: