Qarabağdakı erməni separatçılar ağ bayraq qaldırıb, təslim oldular.
Xezerxeber.az-ın məlumatına görə, ötən gün başlayan lokal xarakterli antiterror tədbirləri bu gün dayandırıldı.
Müdafiə Nazirliyindən bildirildi ki, Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da müəyyən şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub. Şərtlər isə belədir:
Elə bu xəbərdən bir neçə dəqiqə sonra Müdafiə Nazirliyindən bildirildi ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri -qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Dünəndən davam edən lokal xarakterli antiterror tədbirləri zamanı isə Ermənistan silahlı qüvvələrinin birləşmələrinin 90-dan artıq döyüş mövqeyi və strateji əhəmiyyətli mövqelər nəzarətə götürülüb. Qarşı tərəfin 7 hərbi nəqliyyat vasitəsi, 4 minaatanı, 1 tankı, 2 piyadaların döyüş maşını və xeyli sayda silah-sursatı qənimət olaraq ələ keçirilib.
Müdafiə Nazirliyinin bu açıqlamasının ardınca Prezident Administrasiyası tərəfindən məlumat yayıldı ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sabah Yevlaxda görüş keçiriləcək.
Qısası, separatçılar Qarabağdan çıxarıldı və Qarabağın yola gəlməyən erməni sakinlərinin yolu Yevlaxdan düşəsi oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: