Xəzər Xəbər

Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisi açılıb VİDEO

Veb TV | 14:46 • 20 Sentyabr 2023
Milena Nəbiyevanın "Qəlbin naxışları" adlı fərdi sərgisi açılıb

QQ qalereyasında görkəmli rəssam, YUNESKO-nun nümayəndəsi, Təbiəti Mühafizə Cəmiyyətinin sədr müavini, "Həyata ümid" Xeyriyyə Fondunun rəhbəri Milena Nəbiyeva fərdi sərgisi açılıb.

Milena Nəbiyevanın rəsmləri fırça ustalarının heç də hamısının əsərlərində rast gəlinməyən, qavrayışa tam məlum olmayan bir  enerjidən rövnəqlənir. Bu əsərlər ətraf aləmdəki gözəllikləri və füsunkarlıqları açıq ürəklərə duyduduran, təsirləndirən və nəhayətsiz olaraq təəssüratlandıran bir keyfiyyətə malikdirlər. 

Milena Nəbiyeva tamamilə fərqli, özünəməxsus çoxçeşidliliyi ilə analoqu olmayan bir palitradan çıxış etməklə, hər bir seyrçini onun qəlbinin təntənəsi olan mənzərələr, eskizlər və natürmortlarla öz aləmində yaşadır, heyranlıqlara qərq edir və seyrçilər bu tablolardakı aləmlərə baş vurmaqla, onların harmoniyası ilə nəfəs almağa başlayırlar. 

Sərgidə rəssamın 20-dən artıq rəsm əsəri nümayiş olunur. Sərgi 21 sentyabr tarixi də daxil olmaqla davam edəcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti