Milli Musiqi Günündə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində İllər sonra görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun dünyaya səs salan "Məhəbbət əfsanəsi" baleti nümayiş olunub.
Xezerxeber.az xəbər verir ki, təqdimat Mərasimində çıxış edən opera və balet teatrının direktoru Yusif Eyvazov və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli baletin bakıda nümayiş olunmasını əlamətdar hadisə adlandırıblar.
“Heydər Əliyev Sarayında izdiham yaşanıb.”
Sarayda "Məhəbbət əfsanəsi" baletinin indiyədək yayımlanan afişaları və Arif Məlikovun yaradıcılığına dair foto və məlumatları özündə əks etdirən sərgi də təşkil edilib.
Əsərdə Fərhad rolunu oynamış şəxslərdən biri, Rusiyanın məşhur balet artisti Nikolay Tsiskaridze bildirib ki, Məhəbbət Əfsanəsinin dünya musiqisində özünəməxsus yeri var.
Tamaşa 1961-ci ildə olduğu kimi, yenə də məşhur rəssam Simon Virsaladzenin eskizləri əsasında səhnələşdirilib.
Baletin təqdimatı saraya axın edən tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: