Bakıda ilk dəfə bal rəqsləri üzrə dünya çempionatı keçiriləcək.
Xezerxeber.az xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında xalq artisti Təranə Muradova bildirib ki, dünyanın ən yaxşı cütlüklərinin təqdim olunacağı turnir ilk dəfə təşkil olunacaq. Tədbir çərçivəsində Belarusdan kamera orkestri gələcək və onların ifasında Azərbaycan bəstəkarlarının ifası səsləndiriləcək. Mətbuat konfransında çıxış edənlər bildiriblər ki, çempionatda dünyanın 30-dan artıq ölkəsi iştirak edəcək. Hər ölkəni bir cütlük təmsil edəcək. Ölkəmizi isə bal rəqsləri üzrə dünya çempionatında beşqat dünya çempionları, Azərbaycanın Əməkdar idman ustaları Eldar Cəfərov və Anna Sajina təmsil edəcəklər.