Bir daha Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrini silahı yerə qoymağa və təslim olmağa çağırırıq və bildiririk ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaqdır.
Xezerxeber.az xəbər verir ki, bu barədə bir qədər əvvəl Müdafiə Nazirliyinin rəsmisi Anar Eyvazov brifinqdə bildirib:
"Eyni zamanda bölgədə yaşayan erməni sakinlərinə Ermənistan silahlı qüvvələrinin birləşmələrinə yaxın durmamağa və onlara dəstək olmamağa çağırırıq. Hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirilir. Mövcud şərait bölmələrimizin nəzarəti altındadır.
İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək".