Xəzər Xəbər

Cəsarətsiz Paşinyandan cəsarət gözləməyə dəyərmi? VIDEO

Veb TV | 22:20 • 19 Sentyabr 2023
Cəsarətsiz Paşinyandan cəsarət gözləməyə dəyərmi?

Ermənistan Silahlı qüvvələrinin Qarabağdakı qalıqları sözün əsl mənasında bu gecə bardağı tam daşırdı. Onların törətdiyi terakt nəticəsində 4-ü polis olmaqla, ümumilikdə 6 nəfər mina partlayışının qurbanına çevirildi. Ümumiyyətlə son günlər qanunsuz erməni silahlı qüvvələrinin  həyata keçirdiyi terror-diversiya aktları, silah-sursat daşıması mütəmadi hal almışdı.

Xezerxeber.az-ın xəbərinə görə, ''Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları'' İctimai Birliyinin rəhbəri Bəhruz Məmmədzadə deyir ki, vəziyyətin belə qalması, Azərbaycan ərazisində, Qarabağda  separatçıların, cinayətkar rejimin, xuntanın mövcudluğu, Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının olması gərginlik mənbəyidir. Təəssüf ki, bu istiqamətdə heç bir iş görülmədi, üstəlik, bəzi xarici dairələr hərbi xuntaya dəstək verdilər.

Politoloq Mehman İsmayılov isə bildirir ki, diqqəti Qarabağa çəkmək əslində Paşinyanın oyunudur. Çünkü yerevanda ağsaqqalar şurasına seçkilər əhalinin artıq inamsızlıq içində olduğunu və buna görə də seçkilərə maraq göstərmədiyini, əvvəlki dövrlə müqayisədə Paşinyan və tərəfdarlarının öz mövqelərini əsaslı şəkildə itirdiyini nümayiş etdirdi.

Paşinyan üçün bu seçkilərdə yaxşı nəticə əldə etmək, qalib gəlmək  mühüm idi, çünki bu seçkilər həm də  növbəti parlament seçkiləri üçün sınaq xarakteri daşıyır.

Baş nazir həmçinin Nyu Yorkda BMT Baş Assamleyasının növbəti seaaiyasının başladığı bu ərəfədə  yaranmış gərginlikdən istifadə etməklə Azərbaycanı yenidən hədəfə gətirmək istəyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti