Xəzər Xəbər

Ağdam yolu ilə aparılan yük Xankəndidə paylanılıb VİDEO

Veb TV | 21:41 • 18 Sentyabr 2023
Ağdam yolu ilə aparılan yük Xankəndidə paylanılıb

Qarabağa yüklərin çatdırılması üçün Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi yolundan da istifadə edilməsi barədə razılıq dünən əldə olunub.

Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər isə Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus 1 yük, 2 minik maşını Rusiya sülhməramlı kontingentinin Ağdam -Xankəndi yolundakı postunun qarşısına gəlib.

Bu gün səhər saatlarında isə yardım aparan avtomobillər Rusiya sülhməramlı kontingentinin postunu keçib.

Humanitar yardım daşıyan avtomobilləri qarşı tərəfdə BQXK-nın Xankəndində yerləşən ofisinin nümayəndələri qarşılayıblar. Bununla da Ağdam-Xankəndi yolunun daha rahat və işlək olduğu sübut edilib.

Çünki eyni vaxtda "Laçın" sərhəd-buraxılış məntəqəsindən keçərək gələn Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri isə həmin müddət ərzində Xankəndiyə çatmayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti