Bakı sakini Sevda Hüseynzadə 34 ildən sonra tələbə adını qazanıb.
Xezerxeber.az-ın məlumatına görə, Sevda Hüseynzadə 52 yaşında Bakı Dövlət Universitetinin "Jurnalistika" fakültəsinə qəbul olub.
Sevda Hüseynzadə ailədə olan yeganə tələbə deyil. Bu xanımın qızı Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsidir. Bir oğlu isə kompüter mütəxəssisidir. O, heç bir müəllim yanına getmədən uşaqlıq arzusunu gerçəkləşdirib.
Şəkidə doğulub - böyüyən Sevda xanım cəmi 2 ildir ki, Bakıda yaşayır. Deyir ki, bu ildən həm evinin xanımı olacaq, həm balalarıma baxacaq, həm də bir tələbə kimi universitetdə ali təhsil alacaq. Məzun olduqdan sonra isə öz ixtisası üzrə işləmək istəyir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: