Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan birinin sürücüsü, rayonun Maşlıq kənd sakini Elbəyi Adıgözəlov həyatını itirib.
Gəncədə isə piyada vurulub. Yüksək sürətlə hərəkətdə olan minik maşını yolu keçmək istəyən Goranboy sakini, 39 yaşlı Elçin Rzayevi vurub. Avtomobilinin bir neçə metr sürüyərək asfaltla bordurun arasında sıxışdırdığı Elçin Rzayev xeyli qan itirərək aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hər iki faktla bağl araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: