Bəzi bölgələrə 3 aylıq yağıntı düşür, bəzilərinə isə normanın heç 11 faizi belə yağmır.
Xezerxeber.az-ın məlumatına görə, iqlim dəyişikliyi özünü böyük təzadlarla göstərməkdədir.
Milli Hidrometerologiya Xidmətinin Hidrologiya Mərkəzinin drektoru Asif Verdiyevin sözlərinə görə, bəzi bölgələrə bir gündə 3 aylıq norma yağıntı düşdüyü halda, 28-35 rayonda isə normanın heç 11 faizi belə müşahidə olunmur.
Temperaturun aşağı düşməsi ilə əlaqədar bəzi dağlıq ərazilərdə qar yağıb.
Sentyabrın 19-u gündüzdən başlayaraq Bakıda və Abşeron yarımadasında külək mülayimləşərək şimal-şərq küləyi ilə əvəz olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: