Şəkinin M.Ə.Rəsulzadə küçəsində 4 saylı uşaq bağçasının yaxınlığından kəskin qaz qoxusunun gəldiyi iddia edilir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, isti havada pəncərəni aça bilmirlər.
Kəskin qaz iyindən şikayət edən vətəndaşlar bildirirlər ki, vəziyyət 3 aydan çoxdur belədir.
4 nömrəli bağçadan da deyilənləri təsdiqlədilər. Otaqların pəncərələri aylarla bağlı qalır. Səbəb qaz qoxusu və qorxusudur.
“Azərqaz”dan sorğumuza cavab olaraq bildirildi ki, 2 il əvvəl ora polietilen borular çəkilib, köhnə boruların ağzı bağlanıb.
İndi sakinlər bilmirlər gələn iyə inansınlar, yoxsa “Azəriqaz”ın cavabına...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: