Xəzər Xəbər

Şəhid anası yaşadığı evin şəraitindən NARAZIDIR... VİDEO

Veb TV | 21:55 • 17 Sentyabr 2023
Şəhid anası yaşadığı evin şəraitindən NARAZIDIR...

Birinci Qarabağ müharibəsi şəhidinin anası yaşadığı evin şəraitsizliyindən narazıdır.

Xezerxeber.az xəbər verir ki, evin döşəməsi sıradan çıxıb, çatlayan divarlar ovularaq tökülür.

Birinci Qarabağ müharibəsi zamanı şəhadətə ucalmış, 1969 təvvəlüdlü İsmayıllı rayon Hacıhətəmli  kənd Şəhidi Qadir Şərifovun anasının yaşadığı ev uçma təhlükəsi ilə üz-üzədir. 1-ci qrup əlil olan Cəmilə Şərifova mənzildə oğlu, gəlini və nəvəsi ilə yaşayır.

“Əgər buna yaşamaq demək olarsa…”

Şəhid anasının istəyi yaşadığı evin təmir olunması və ya yenisi ilə təmin olunmasıdır.

İsmayıllı rayon İcra Hakimyətindən “Xəzər Xəbər”ə verilən məlumata görə, şəhid anası Cəmilə Şərifova ev üçün müraciət edib. Rayon icra hakimiyyəti, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəli şəkildə evin verilməsi üçün qeydiyata alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar