Xəzər Xəbər

Digah sakinləri boş avtobus tapa bilmirlər... VİDEO

Veb TV | 21:05 • 17 Sentyabr 2023
Digah sakinləri boş avtobus tapa bilmirlər...

Abşeron rayonunda Məmmədli, Digah və Binəqədi yolundan istifadə edən sakinlər marşururt sarıdan əziyyət çəkir.

Xezerxeber.az xəbər verir ki, xüsusən də Digah qəsəbə sakinləri çarəsiz qalıb.

Xezerxeber.az xəbər verir ki, həftə içi adam çox olduğundan 147 nömrəli marşurut ancaq dolu gəlir. Belə olan halda əsasən Digah qəsəbə sakinləri bu marşururtdan istifadə edə bilmirlər.

“Şagirdlər dərsə, sakinlər isə gedəcəkli ünvana  gecikirlər.”

Sakinlərin sözlərinə görə, bu xətt üzrə istifadəyə verilən 147 nömrəli marşurut xidmət üçün yararlı deyil. Əhali sayının günü gündən artdığına görə əlavə marşrut olmalıdır.

Digah qəsəbə Bələdiyyəsindən “Xəzər Xəbər”ə bildirildi ki, məsələ onları da narahat edir. Məhz bununla bağlı, aidiyyəti qurumlara müraciət də ediblər, cavab gözləyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti