3 ildir həyatımıza daxil olan və çıxmaq bilməyən koronavirus yenə mutasiya edib.
Xezerxeber.az xəbər verir ki, COVİD-19-un yeni növü "Eris" ştamı adlanır. Bu ştam dünyada sürətlə yayılmaqdadır. Belə ki, dünyanın 52 ölkəsində "Eris"ə sürətlə yoluxmalar qeydə alınıb.
Təhlükəli vəziyyət Türkiyə qədər gəlib çatıb. Qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca ölkədə 9 nəfərin yeni ştama yoluxduğunu açıqlayıb və virusla mübarizədə ənənəvi qabaqlayıcı tədbirlərin görülməsini tövsiyə edib.
Rusiyada isə sabahdan etibarən lokal şəkildə tibbi maskadan istifadə olunması üçün məhdidiyyətlərin tətbiq edilməsi nəzərdə tutulur.
Azərbaycanda da COVİD-19 infeksiyasına yoluxma halları artıb. Ötən həftə ölkəmizdə 126 nəfər virusa yoluxub.
ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı isə bildirib ki, İnsanlar özlərini qorumağa davam etməlidirlər. Yeni ştammlar dünyada geniş yayılırsa, demək onlar Azərbaycanda da ortaya çıxacaq deyə Hande Harmancı qeyd edib.
"Eris" ştammına yoluxmanın simptomları arasında boğaz ağrısı, ishal, qoxu və dadbilmənin itməsi, öskürək, əzələ və baş ağrıları, burun axması və nəfəs darlığı daxildir. Bundan əlavə, bu ştamm xroniki xəstəlikləri və zəif immun sistemi olan insanlarda aşağı tənəffüs yollarında funksional pozğunluqlara səbəb ola bilər. Bütün ehtimalları nəzərə alaraq qabaqlayıcı tədbirlərin görülməsi vacibdir. Ediləcək olanlar isə bəllidir. Tibbi maskalardan istifadə olunmalı, xəstəliyin simptomları olan şəxslərdən uzaq durmalı, şəxsi gigiyeniyaya riayət edilməlidir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: