Bu günlərdə Amerika senatında anti-Azərbaycan dinləməsi keçirilib.
Xezerxeber.az xəbər verir ki, "Soros" fondu və Amerika erməni milli komitəsinin təşəbbüsü ilə təşkil edilən dinləmə erməni ruhlu, anti-Azərbaycan məzmunlu çıxışlarla müşaiyət olunub.
Terrorizmlə mübarizədən danışıb terror təşkilatları yaradıb, sülhdən danışıb atom bombası ilə Naqasaki və Xirosimanı viran qoyub, insan haqlarından danışıb Vyetnam xalqına divan tutan ABŞ…
“Son 50 ildə Amerika əsgərini Amerikada görən olubmu?”
Baş verən rəngli və rəngsiz inqilablar, "ərəb baharı" prosesi ABŞ-ın şeytan siyasətinin milyonlarla insanın faciəsinə səbəb olan acı nəticəsidir. Bir sözlə, Amerika əsgərinin ayaq qoyduğu yerdə bir də gül bitmir.
Cəmiyyətin İnkişafı Mərkəzinin sədri, siyasi şərhçi Əhməd Abbasbəyli Birləşmiş Ştatların imperialist və dağıdıcı siyasət yürütdüyünü deyir.
Amerikanın gizlin və aşkar şəkildə terror təşkilatlarına, qanunsuz silahlı birləşmələrə dəstək verməsi onun iç üzünü bir daha ortaya qoyur.
Bu gün Amerika və Avropada baş alıb gedən, islamofobiya da Amerikanın ortaya çıxardığı məfhumdur. Siyasi şərhçinin fikrincə, Birləşmiş Ştatlar sırf İslamı gözdən salmaq üçün şərqdə terror qruplaşmasının yaranmasına dəstək verib.
Bu çirkin siyasətin nəticəsidir ki, ABŞ məktəblərində islamafobiya ilə bağlı cınayətlər son bir ildə 72 faiz artıb. Bir sözlə, özünü dünyaya demokratiya, insan hüquqlarının müdafiəçisi kimi təqdim etməyə çalışan Amerikanın əli Əfqanıstan, İraq, Liviya, Tunis, İordaniya, Əlcəzair, Misir, Yəmən və Suriyada əli qana batıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: