Bu gün Xankəndi - Gorus istiqamətində "Laçın" sərhəd -buraxılış məntəqəsində erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.
Xezerxeber.az-ın məlumatına görə, keçid edənlər arasında erməni əsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da olub.
Ermənistana keçənlər arasında Qarabağ müharibəsində iştirak edən ermənilərdə olub. Onlardan bəziləri mübaribə zamanı yaxınlarını itiriblər.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.
Bu, bir daha ermənilərin sərhəd - buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmadığını göstərməklə yanaşı, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu sübut edi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: