Xaçmazda Qudyalçayın üzərindəki körpünün uçduğu ərazidə qərargah yaradılıb.
Xezerxeber.az-ın məlumatına görə, hazırda dağılan körpünün söküntüsü aparılır.
Tikinti şirkətinin baş mühəndisi Cəmaləddin Xudabaxışov prosesin tez başa çatması üçün səfərbər olduqlarını bildirib.
Körpü uçduğuna görə sürücülərin daha çox istifadə etdikləri alternativ yollardan biri Armudpadar kənd yoludur. Amma həmin yolun ürəkaçan vəziyyətdə olmaması hərəkət iştirakçılarının işini çətinləşdirir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən alternativ yolun vəziyyəti nəzarətdə saxlanılır. Dünən orada müəyyən işlər görülüb. Bundan sonra həmin yolda da problem yaranarsa, aradan qaldırılması istiqamətində işlər həyata keçiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: