Çörəyini yeyib, suyunu içdikləri torpağa xəyanət etmək ermənilərin qanında var. İndi də bu bədnamlar qonşu Gürcüstana qarşı ərazi iddiaları ilə gündəmə gəliblər. Sosial şəbəkələrdə fəal olan bir qrup erməni dezinformasyalar yayır, Samçxe - Cavaxetiya bölgəsini Ermənistan ərazisi adlandırırlar.
"Gürcüstanın Erməni İcması" adlı səhifədə belə paylaşımlar edilir və bu da gürcülər tərəfindən xoş qarşılanmır.
Məsələ ilə bağlı "Xəzər Xəbər"ə müsahibə verən gürcü politoloq Nika Çitadze deyir ki, Samçxe - Cavaxetiya bölgəsi Gürcüstanda ermənilərin kompakt yaşadıqları bir ərazidir. Ermənilərin bura ilə bağlı iddiaları isə yeni deyil.
Onlar 19-cu əsrdən bu torpaqlarda kütləvi olaraq məskunlaşdırılıb və elə o gündən də bölgənin Ermənistana birləşdirilməsinə cəhd göstəriblər.
Politoloq Simon Kopadze isə hesab edir ki, Gürcüstandakı erməni təşkilatlarının fəaliyyətinə ciddi nəzarət olunmalıdır.
"Gürcüstanda Erməni İcması" təşkilatı sosial şəbəkələrdə çox aktiv şəkildə Qarabağdakı erməni əsilli əhali ilə bağlı da dezinformasiyalar yayır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: