Respublika Kliniki Xəstəxanasında rentgen xidmətinin fəaliyyəti dayandırılıb.
Xezerxeber.az-ın məlumatına görə, tibb müəssisəsində rentgen - müayinə fəaliyyətinin dayandırılmasına səbəb radiasiya təhlükəsizliyi tələblərinin pozulması olub.
Nüvə və Radioliji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin sektor müdiri Emin Mansurov bildirib ki, bu tələblərin pozulması müayinəyə gələn pasientlə yanaşı, ətrafda olan bütün insanlar üçün də zərərlidir.
Emin Mansurov qeyd edib ki, cari ilin əvvəli sözügedən tibb müəsisəsində radiasiya təhlükəsi tələblərinin pozulmasını aradan qaldırmaq üçün xəbərdarlıq edilib. Hətta aidiyyəti üzrə məktub da ünvanlanıb, lakin heç bir tədbir görülməyib.
Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirildi ki, aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Qeyd edilən problemlərin həlli üçün bəzi mühəndis təmir - işləri aparılmalıdır və prosedur qaydalarına uyğun olaraq müəyyən zaman tələb edir. Yaxın müddət ərzində yaranmış problem aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: