Xəzər Xəbər

Zəngilana NÖVBƏTİ KÖÇ... VİDEO

Veb TV | 23:00 • 13 Sentyabr 2023
Zəngilana NÖVBƏTİ KÖÇ...

Xəbər verdiyimiz kimi, bu gün Zəngilana növbəti köç yola salınıb.

Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 25 ailə - 123 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaqlar. Onlar ermənilərin işğal dövründə tamamilə dağıtdıqları 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.

Ailə tərkibinə uyğun olaraq, onlardan 10-u üçotaqlı, 9-u dördotaqlı, 6-ı beşotaqlı fərdi yaşayış evi ilə təmin olunub. Bununla da, indiyədək Ağalıda daimi məskunlaşdırılan ailələrin sayı 133-ə  çatacaq.

Kəndə köçürülmə davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti