Xəzər Xəbər

Bölgələrdə AĞIR QƏZALAR... ÖLƏNLƏR VAR... VİDEO

Veb TV | 22:22 • 13 Sentyabr 2023
Bölgələrdə AĞIR QƏZALAR... ÖLƏNLƏR VAR...

Füzulidə ağır yol nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, Şaiq Həsənov  idarə etdiyi avtomobillə Qayıdış-5 qəsəbəsi ərazisində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı ağaca çırpıb.

Nəticədə sürücü Şaiq Həsənov və avtomobildə olan sərnişin 23 yaşlı Fizuli Məmmədov aldıqları xəsarətlərdən hadisə yerində ölüb. Digər 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların əksəriyyəti 21-23 yaşlı gənclər olduğu bildirilir.

Yevlaxda isə iki minik maşını toqquşub. Ağır yol qəza hadisəsi Yevlax-Xaldan yolunun rayonun Quşçu kəndindən keçən hissəsində baş verib.Toqquşma nəticəsində 60 yaşlı Namiq Quliyev hadisə yerində dünyasını dəyişib. Qəza zamanı xəsarət alan 2 kişi və 1 qadın xəstəxanaya yerləşdirlib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar