Xəzər Xəbər

Biləcərinin bu binalarında 32 ildir İSTİLİK YOXDUR... VİDEO

Veb TV | 22:10 • 13 Sentyabr 2023
Biləcərinin bu binalarında 32 ildir İSTİLİK YOXDUR...

Binəqədi Rayonunun Biləcəri qəsəbəsinin sakinləri 32 ildir istilik sistemlərinin olmadığını deyir.

Xezerxeber.az xəbər verir ki, söhbət Xəqani 14, Xəqani 2 və Füzulu 53 ünvanındakı binalardan gedir.

Sakinlər bildirir ki, qonşu binaların hamsında istilik sistemi var. onlarda isə yoxdur. Sakinlərin kimisi öz şəxsi hesabına kombi çəkdirsə də, əksəriyyətinin bunu etməyə imkanı çatmır.

Poblemin həlli ilə bağlı "Azəristiliktəchizat" ASC-dən “Xəzər Xəbər”ə verilən cavab isə sakinlərin canına istilik yox, üşütmə salacaq.

Belə aydın oldu ki, sakinlər hələ çox gözləməli olacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti