Xəzər Xəbər

Bu kənd sürüşmə təhlükəsi ilə üz-üzədir VİDEO

Veb TV | 21:50 • 13 Sentyabr 2023
Bu kənd sürüşmə təhlükəsi ilə üz-üzədir

Minə  yaxın əhalisi olan Oğuzun Filfilli kəndində yağıntılar nəticəsidə Qaşqa Güney dağının Hacı burun adlanan hissəsində torpaq sürüşməsi baş verib.

Xezerxeber.az xəbər verir ki, sürüşən torpaq kütləsi kənd sakini Eynulla Süleymanovun həyətyanı sahəsinə tökülüb, həyətin bir hissəsi torpaq altında qalıb. Hadisə dünən axşam saatlarında olub. Sürüşməyə yaxın ərazidə olan insanlar evlərini tərk edərək başqa yerlərdə qalıblar.

Fifilli kənd İcra Nümayəndəliyindən bildirildi ki, hadisə haqqında aidiyyatı qurumları məlumatlandırıblar. Hazırda bu ərazi təhlükəli hesab olunur.

Bununla yanaşı axşam yağan yağışlardan sonra Qalaçay çayında sel yaranıb. Kənd sakinlərinin pay torpaqlarının 20 hektara yaxın hissəsi sular altında qalıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti