Xəzər Xəbər

Narkotikin təsiri ilə qəza törədən avtobus sürücüsünün Sığorta Şirkəti vətəndaşa ÖDƏNİŞ ETMİR VİDEO

Veb TV | 21:25 • 13 Sentyabr 2023
Narkotikin təsiri ilə qəza törədən avtobus sürücüsünün Sığorta Şirkəti vətəndaşa ÖDƏNİŞ ETMİR

Paytaxt sakininin başına qəribə hadisə gəlib. Ay yarım bundan əvvəl onun avtomobilinə 67 nömrəli avtobus çırpılıb.

Xezerxeber.az-ın xəbərinə görə, İmamverdi Rəsulzadə iddia edir ki, polis sığorta ödənişini almaq üçün vacib olan “forma-4” sənədini elektron qaydada icbari sığorta bürosuna göndərmir. Səbəb kimi qəza törədən avtobus sürücüsünün narkotik maddənin təsiri altında olduğu göstərilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirdi ki, polis tərəfindən hadisə araşdırılarkən avtobusun sürücüsünün narkotiki madənin təsiri altında olduğu aşkar edilib.

“İndi sual yaranır, narkotiki maddəninin təsiri altında ola-ola, hər gün yüzlərlə sərnişin daşıyan sürücüyə avtobusu kim verib?. Sürücü səhər xəttə çıxmazdan əvvəl tibbi müayinədən niyə keçməyib?.”

Yol nəqliyyat hadisəsəsin törətməkdə adı hallanan 67 saylı müntəzəm marşurut xəttinin sahibi ilə əlaqə saxlayıb bu sualları ona da verdik. Sahibkar ''Xəzər Xəbər''ə şifahi olaraq bildirdi ki, sürücülər hər gün səhər tibbi müayinədən keçirlər daha sonra xəttə buraxılırlar. Sahibkar sürücünün narkotikin təsiri altında olmadığını iddia edir.

Daxili İşlər Nazirliyinin rəsmisi əlavə etdi ki, bu hadisə ilə bağlı araşdırma hələ davam edir. Sonda toplanan material məhkəməyə göndəriləcək və əmələ hüquqi qiymət veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti