Xəzər Xəbər

Bakıda piyadaların ən çox vurulduğu ərazidə olan keçidlərin lifti İŞLƏMİR VİDEO

Veb TV | 21:15 • 13 Sentyabr 2023
Bakıda piyadaların ən çox vurulduğu ərazidə olan keçidlərin lifti İŞLƏMİR

Bakıda piyadaların ən çox vurulduğu ərazilərdən birində keçidlərdə lift işləmir.

Xezerxeber.az xəbər verir ki, Cəmşid Naxçıvanski adına hərbi liseydən Hövsan qəsəbəsinin girişinə qədər 3 yerüstü keçid inşa edilib. Keçidlər liftlə təmin olunsa da, istifadə etmək mümkün deyil.

Sakinlər deyir ki, xüsusilə yaşlı insanlar, əlilliyi olan şəxslər, uşaq arabası ilə yolu keçmək istəyənlər məcbur qalıb yolun hərəkət hissəsinə keçməli olurlar. Bu da qəza hallarını artırır.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, problem yaxın vaxtda həll ediləcək.

Sakinlər ümid edir ki, onları narahat edən lift problemi qısa vaxt ərzində öz həllini tapacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti