Xəzər Xəbər

Azərbaycan Ordusu ilə bağlı yalan məlumat paylaşan şəxs tapıldı VİDEO

Veb TV | 20:55 • 12 Sentyabr 2023
Azərbaycan Ordusu ilə bağlı yalan məlumat paylaşan şəxs tapıldı

''Yenə döyüşlər başladı, şəhidlərimiz var'', ''Müharibə başladı, səfərbərlik olacaq''.

Xezerxeber.az-ın məlumatına görə, bu kimi məlumatları köhnə videolar üzərindən sosial şəbəkələrdə paylaşan şəxs ifşa edilib.

Azərbaycan Ordusu və hərbçiləri ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar paylaşan şəxslərlə bağlı polis əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynov deyib ki, yalan məlumat paylaşan Pərviz İbrahimli saxlanıb.

Araşdırmalarla onun bu qəbildən olan məlumatları paylaşmaqda məqsədi öyrənilib. Hətta sosial şəbəkə izləyicilərini inandırmaqdan ötrü, saxta ''like'' toplamaq üçün ''hər şey doğrudur, inanmayanlar şəxsidə yazsın açıqlayım'' kimi həqiqəti əks etdirməyən ifadələr yazıb.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə Pərviz İbrahimli barəsində 15 sutka inzibati həbs tənbeh tədbirləri tətbiq edilib. Daxili İşlər Nazirliyinin rəsmisi əhaliyə müraciət edərək bildirib ki, sosial şəbəkələrdə belə məlumatlar yayan şəxslərə inanmayın. Zeyni Hüseynov əlavə edib ki, sosial şəbəkələrdə ordu ilə bağlı yalan məlumat yayan şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və bundan sonra da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti