Xəzər Xəbər

Yeni doğulmuş körpə küçəyə atılıb VİDEO

Veb TV | 20:23 • 12 Sentyabr 2023
Yeni doğulmuş körpə küçəyə atılıb

Salyan rayonunda yeni doğulmuş körpə yol kənarına atılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, bu gün səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və körpə xəstəxanaya təhvil verilib.

Xezerxeber.az-ın məlumatına görə, uşaq xəstəxanada dərhal həkim nəzarətinə götürülüb.

Qeyd edilir ki, uşaq müalicə aldıqdan sonra aidiyyəti üzrə təhvil veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar