Xəzər Xəbər

Bakının işıqsız işıqforları... VİDEO

İşləməyən işıqforlar sürücüləri və piyadaları təhlükə ilə üz-üzə qoyur
Veb TV | 19:49 • 12 Sentyabr 2023
Bakının işıqsız işıqforları...

Bakı şəhəri, Xətai rayonunun bəzi küçələrində yerləşən işıqforlar aylardır işləmir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xudu Məmmədov və Məhəmməd Hadi küçələrindən gedir.

Sürücülər bildirir ki, işıqforlar 4 ay əvvəl quraşdırılıb, amma o vaxtdan bəri rənglərini görmək onlara hələ qismət olmayıb.

Qeyd edək ki, işləməyən işıqforlar tıxacların yaranmasına səbəb olmaqla yanaşı, həm sürücüləri, həm də piyadaları təhlükə ilə üz-üzə qoyur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Bakının Xətai rayonunun Xudu Məmmədov və İlqar Zülfüqarov, Məhəmməd Hadi küçələrinin kəsişmələrində yeni işıqforların quraşdırılması yol hərəkətinin nizamlanması üçündür. Hazırda həmin yol kəsişmələrində işıqforların kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı iş aparılır. Bu işlər yekunlaşdıqdan sonra yol nişanları quraşdırılacaq və nişanlanma xətləri çəkilərək işıqforlar istifadəyə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar