Xəzər Xəbər

Quba-Xaçmaz yolunda dəhşətli zəncirvari QƏZA VİDEO

Veb TV | 21:20 • 11 Sentyabr 2023
Quba-Xaçmaz yolunda dəhşətli zəncirvari QƏZA

Sürət, ehtiyatsızlıq və diqqətsizlik qəzaya səbəb olub.

Xezerxeber.az xəbər verir ki, dəhşətli zəncirvari yol-nəqliyyat hadisəsi Quba-Xaçmaz yolunda qeydə alınıb.

Toqquşmadan sonra sürücülərdən biri Turan Məlikov və  digər maşının  sərnişini Sərhəd Məmmədov dünyasını dəyişib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, hadisə nəticəsində  3 nəfər isə  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Göygöldə də  ölümlə nəticələnən ağır yol qəzası baş verib. Göygöl-Toğanalı-Kəlbəcər yolunda hərəkətdə olan   minik  avtomobili ilə yük maşını  toqquşub.

Qəza zamanı minik maşınının  sərnişini, 48 yaşlı Müşviq Bayramov hadisə yerində dünyasını dəyişib. Sürücü və digər 2 sərnişin  xəsarət alaraq  Xəstəxanaya yerləşdiriliblər.  İlkin ehtimala görə, qəzaya avtomobilərdən birinin digərinin yoluna çıxması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti