Xəzər Xəbər

Füzuliyə qayıdış DAVAM EDİR VİDEO

Veb TV | 22:00 • 11 Sentyabr 2023
Füzuliyə qayıdış DAVAM EDİR

Xəbər verdiyimiz kimi, Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 24 ailə - 92 nəfər köçürülüb. Bununla da Füzuli şəhərində 119 ailə, yəni 441 nəfərin daimi məskunlaşması təmin edilib. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, ümumilikdə Füzuli şəhərində 119 ailə, yəni 441nəfərin daimi məskunlaşması təmin edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar