Paytaxtın mərkəzi küçələrindən birində faəliyyət göstərən telefon mağazasının sahibi 1 ilə yaxındır sosial şəbəkələrdə dələduzluq edən şəxsin oyununa tuş gəlib.
Xezerxeber.az xəbər verirk i, həmin şəxs bahalı nömrələri internet üzərindən satdığını bildirirək vətəndaşdan beh alır. Sonra isə yaxınlaşıb mağazadan götürməsini bildirir.
“Müştəri mağazaya gəldikdə isə aldadıldığını öyrənir.”
Mağaza sahibi Səttar Məmmədov deyir ki, gün ərzində 10-15 nəfər mağazaya yaxınlaşaraq beh verdiklərini deyirlər.
Səttar Məmmədov deyir ki, üzləşdiyi problemlə bağlı 11 aydır ki, aidiyəti qurumlara müraciət edir, lakin, nəticəsi yoxdur.
Mağaza sahibi özü həmin şəxslə əlaqə saxlamağa cəhd edib. Söhbət əsnasında aldığı cavab isə onun üçün gözlənilməz olub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən bildirildi ki, bu ilk belə hal deyil və araşdırılır.
Qeyd edək ki, dələduzluq edən şəxs mağaza sahibindən bunu etməməsi müqabilində aylıq 300 manat da tələb edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: