Sertifikatlaşdırma göstərdi ki, təhsil sistemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.
Xəbər verdiyimiz kimi, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib. Onun sözlərinə görə, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsi düşünülür.
Nazir deyib ki, yüksək bal toplayan müəllimlər arasından metodistlər seçilərək, digərlərinə təlim keçəcək.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva isə bütün tədris müəssisələrinin yeni tədris ilinə hazır olduğuna diqqət çəkib.
Qeyd edək ki, Bakı şəhəri üzrə təhsil işçilərinin sentyabr konfransında 2022- 2023-cü tədris ilində paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqindən danışılıb. Konfransda şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: