Səhiyyə Nazirliyi tərəfindən ölkə ərazisində yeni E-Resept sistemi tətbiq ediləcək.
Xezerxeber.az-ın xəbərinə görə, Səhiyyənin İnformasiyalaşdırılması mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü deyir ki, bu ilin sonuna kimi bütün tibb müəssisələri, digər qurumlar və əczaçılıq müəssisələri rəqəmsal resept sisteminə keçid edəcək.
Kəbutər Mövsümlünün sözlərinə görə, rəqəmsal reseptlər ilə kağız dövriyyəsi aradan qalxacaq, reseptləri oxumaq daha da asanlaşacaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görmək, həmçinin, dəqiq dozaları müəyyən etmək mümkün olacaq.
Hazırda pilot lahiyə Narkoloji Dispanserdə tətbiq olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: