30 il əvvəl itkin düşən hərbçinin qalıqları Füzulidə dəfn olunub.
Şəhid Əli Hüseynovun qalıqları Füzuli rayonunun Aşağı Yağlıvənd kəndinə gətirilib. kənd qəbiristanlığında, ata-anasının məzarlarının yanında torpağa tapşırılıb.
Xezerxeber.az xəbər verirk ki, Əli Hüseynov 6 avqust 1993-cü ildə itkin düşüb. Şəhidin meyitinin qalıqları Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.
“İtkin düşdüyü gündən ata-anası onun yolunu gözləyib və hər ikisi oğul həsrəti ilə dünyasını dəyişib.”
30 il əvvəl Füzuli rayonunda itkin düşən şəhid Əsəd Məmmədovun da qalıqları dəfn olunmaq üçün anadan olduğu Ağstafa rayonuna gətirilib. şəhidlə, doğulduğu Eynallı kəndində vida mərasimi keçirilib.
Qeyd edək ki, Əsəd Məmmədov Birinci Qarabağ müharibəsi dövründə, 1993-cü ilin iyul ayında Füzuli rayonu ərazisində itkin düşüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: