Xətai rayonu, Zeytun küçəsində içməli su küçəni yuyur. Bizim bir damlasını belə qorumalı olduğumuz suyu aidiyyəti qurum niyə qorumur?
Xezerxeber.az-ın məlumatına görə, burada yaşayan sakinlər iddia edirlər ki, bir aya yaxındır, içməli su küçə boyu axıb gedir.
Axan su isə Zeytun küçəsinin sakinlərinə böyük problem yaradır. Çünki boş yerə axan su evlərin qarşısında gölməçə əmələ gətirir.
Bildirildi ki, içməli su yol boyu axdığına görə bəzən mənzillərə də su gəlmir.
Sakinlər iddia edirlər ki, dəfərlər aidiyyəti qurumlara şikayət etsələr də, nəticəsi yoxdur.
“Azərsu”dan isə “Xəzər Xəbər”ə bildirildi ki, həmin əraziyə briqada göndərilir. Gün ərzində problem həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: